Home / Diaspor / Azərbaycanlı alim “Söz” Akademiyasının üzvü seçildi

Azərbaycanlı alim “Söz” Akademiyasının üzvü seçildi

Türkiyənin “Söz” Akademiyasının rəhbəri, professor Hayrettin İvgin, Samsun şəhər Vəzirköyü bələdiyyəsinin nümayəndəsi İbrahim Sadık Edis, Rusiyanın Moskva Dövlət Humanitar və İqtisadiyyat Universitetinin müəllimi Səlvinaz İsmayılova Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovla görüşüblər.

İnstitutdan DiasporNews-a bildiriblər ki, Hayrettin İvgin akademik Muxtar İmanovu “Söz” Akademiyasının üzvü seçilməsi münasibətilə təbrik edib. Vurğulanıb ki, indiyədək akademiyanın 76 üzvü seçilib. Azərbaycanlı alim təltifə görə təşəkkürünü bildirib, elmi qurumlar arasında yaradıcı münasibətlərin davam etdirilməsinin vacibliyini bildirib. M.İmanov qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti və yeniliklər barədə məlumat verib.

Görüşdə bildirilib ki, Vəzirköyü bələdiyyəsi ilə Bakının Mehdiabad qəsəbə bələdiyyəsi “Ortaq şəhər” layihəsi hazırlayır. Layihəyə Folklor İnstitutunun da dəstək göstərməsi təklifi qəbul edib.

Sonda qonaqlara institutun nəşrləri hədiyyə edilib.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600