Home / Diaspor / Azərbaycanlı diplomat Britaniyada təltif edilib

Azərbaycanlı diplomat Britaniyada təltif edilib

Böyük Britaniyada akkreditə olunmuş diplomatların və ölkənin təhsil üzrə müvafiq qurumlarının iştirakı ilə hər il ənənəvi olaraq Kings Kollecdə təşkil edilən təhsil konfransı keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən DiasporNews-a verilən məlumata görə, konfrans çərçivəsində Londonda yerləşən iyirmi beş minlik diplomatik korpus arasında təhsil məsələləri üzrə məsul şəxslərin il ərzində fəaliyyəti təhlil olunur və yerli qurumlar, eləcə də təhsil mərkəzləri ilə əməkdaşlığı və effektiv fəaliyyəti ilə fərqlənən diplomatlar mükafatlandırılır.

Konfransda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin birinci katibi Hüseyn Hüseynov xüsusi fəxri mükafatla təltif edilib. Mükafatı təqdim edən Londondakı diplomatik korpus arasında nüfuzlu “Embassy” jurnalının redaktoru Elizabeth Stewart bu mükafatın Azərbaycanda təhsil sahəsində gedən islahatların və gənc nəslin, həmçinin diplomatların sözügedən islahatlarda oynadığı vacib rolunun layiqli qiymətləndirilməsinin nəticəsi olduğunu bildirib.

DiasporNews

Check Also

RAİ-dən kosmopolitlərə çağırış – “Milli düşüncəniz yoxdursa, millətin yolundan çəkilin”

“Xeyriyyəçi, ictimai xadim Fizuli Məmmədovun rəhbərliyi ilə başladılan diasporların birləşdirilməsi prosesini tənqid edənlərin bəziləri politoloq …

160*600