Home / Diaspor / Azərbaycanlı gəncin Almaniyada uğuru

Azərbaycanlı gəncin Almaniyada uğuru

Həmvətənimiz Xəyal Qasımov Almaniyanın Charite Universitetində “Qadınlarda yumurtalıq xərçəngləri” adlı doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Xəyal Qasımov universitetin kollegiyası tərəfindən “Tibb üzrə elmlər doktoru” elmi dərəcəsinə layiq görülüb. Onun elmi rəhbəri Almaniyanın tanınmış professoru Jalid Sehouli olub.

Qeyd edək ki, daha bir həmvətənimiz Vüsal Hacıyev də Almaniyanın Charite Universitetində “Ürək transplantasiyasından sonra trikuspidal qapağın çatışmazlığının risk faktorları” adlı doktorluq dissertasiyasını müdafiə edərək “Tibb üzrə elmlər doktoru” elmi dərəcəsinə layiq görülmüşdü.

DiasporNews

Check Also

RAİ-dən kosmopolitlərə çağırış – “Milli düşüncəniz yoxdursa, millətin yolundan çəkilin”

“Xeyriyyəçi, ictimai xadim Fizuli Məmmədovun rəhbərliyi ilə başladılan diasporların birləşdirilməsi prosesini tənqid edənlərin bəziləri politoloq …

160*600