Home / Diaspor / “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin icrasına başlanılıb

“Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin icrasına başlanılıb

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə 3 ay (10.05.2019 – 10.08.2019) müddətində Bakı şəhərində reallaşacaq. 
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, layihənin məqsədi orta məktəb şagirdlərində diasporumuzun fəaliyyəti, lobbiçilik işi, azərbaycançılıq ideologiyası haqda şüur formalaşdırmaq, məktəbliləri yeniyetmə ikən Vətənin təbliği üçün ictimai fəaliyyətə yönləndirməkdir. Layihə çərçivəsində Bakı şəhərindəki 13, 178 və 72 saylı orta məktəblərdə “Diaspor dərsi” keçiriləcək. Bu dərslərdə məktəblilərə Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının diasporumuzun həmrəyliyi üçün ideoloji bünövrə olmasından, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında aktivliyi, onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirməsindən danışılacaq. Həmçinin dərslərdə Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, Azərbaycan diasporunun perspektiv fəaliyyəti, xaricdəki gənclərimiz artıq yeni bir gücə çevrilməsi ilə bağlı məlumat veriləcək.
Qeyd edək ki, ilk layihə çərçivəsində ilk dərs Bakı şəhərindəki 13 saylı məktəbdə mayın 15-də keçiriləcək.

Check Also

RAİ-dən kosmopolitlərə çağırış – “Milli düşüncəniz yoxdursa, millətin yolundan çəkilin”

“Xeyriyyəçi, ictimai xadim Fizuli Məmmədovun rəhbərliyi ilə başladılan diasporların birləşdirilməsi prosesini tənqid edənlərin bəziləri politoloq …

160*600