Home / Diaspor / Barselonada AAK İdarə Heyətinin iclası keçirilib

Barselonada AAK İdarə Heyətinin iclası keçirilib

İyulun 17-də İspaniyanın Kataloniya muxtariyyətində Avropa Azərbaycanlılar Konqresi (AAK) İdarə Heyətinin iclası keçirilib. Barselona Azərbaycan Cəmiyyətinin (ASB) təşkilati dəstəyi ilə təşkil olunmuş “Regional səviyyədə dövlətlərin ərazi bütövlüyünə qəsdlər və dövlət sərhədlərinin toxunulmazlığı” mövzusunda iclas Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilib.

İclasda AAK prezidenti Sahil Qasımov ilə Kataloniya muxtariyyətinin bir sıra rəsmi şəxsləri arasında iyulun 16-da keçirilmiş görüşlərə yekun vurulub. AZƏRTAC həmin görüşlər haqqında məlumat verib.

ASB sədri Kərim Kərimov təmsil etdiyi təşkilat haqqında söhbət açıb. Bildirilib ki, 2015-ci ilin fevral ayında yaradılmış bu qurum ötən 3,5 ildəki fəaliyyəti dövründə Xocalı soyqırımı qurbanlarının xatirəsinə, 20 Yanvar qırğınının ildönümünə həsr edilmiş tədbirlər keçirib. Cəmiyyət sosial şəbəkələrdə təmsil olunub və onun geniş auditoriyası var.

AAK İcraiyyə Komitəsinin üzvləri iclasda çıxış edərək bu tədbirin təşkil olunmasına görə ASB-yə təşəkkür ediblər.

Cəmiyyətin AAK-a üzv olmaq barədə müraciətinə baxılıb. İcraiyyə Komitəsinin qərarına əsasən, bu diaspor təşkilatı Konqres sıralarına qəbul edilib.

Kərim Kərimov ASB-nin fəaliyyətinin yüksək qiymətləndirilməsinə və ona göstərilən etimada görə AAK-ın İdarə Heyəti üzvlərinə təşəkkür edib.

AAK-ın Nizamnaməsinə uyğun olaraq bir sıra təşkilati məsələlər də müzakirə olunub. İcraiyyə Komitəsinin üzvü, Finlandiyada Azərbaycan diasporunu təmsil edən Arzu Oqtay AAK-ın baş katibi təyin edilib. O, Konqresin yeni yaradılmış Əlaqələndir içi Katibliyinə rəhbərlik edəcək.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600