Home / Diaspor / Buryatiyada Həmrəylik Günü bayramı təşkil edilib

Buryatiyada Həmrəylik Günü bayramı təşkil edilib

Rusiya Federasiyasının Buryatiya Respublikasında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramını təşkil edib. Tədbir Buryatiya Dövlət Filarmoniyasında baş tutub. Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Buryatiya Respublikası başcısı yanında Millətlərarası Şuranın üzvü Yusif Cəfərov çıxış edərək buradakı Azərbaycan diasporunun 20 il ərzində gördüyü işlərdən danışıb.

Bildirib ki, ötən müddət ərzində Buryatiyanın Anqoya qəsəbəsindəki dəmir yolu vağzalına Heydər Əliyevin adının verilməsi, Bakıya Buryatiya rəsmilərinin səfərlərinin təşkili işində yaxından iştirak və onlarla milli mədəni tədbirin keçirilməsi respublikada fəaliyyət göstərən Azərbaycan diasporunun uğurudur.

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakçılara ünvanldığı təbrik məktubu oxunub. Məktubda Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilir, onun Rusiya-Azərbaycan münasibətlərindəki rolundan danışılır.

Bayram tədbirində iştirak edən Buryatiya Respublikası Millətlərarası Komitəsinin sədri Mixail Xaritonov, Ulan Ude administrasiyasının sosial məsələlər və gənclər siyasəti üzrə komitəsinin sədr müavini Marqarita Mantatova, Buryatiya Xuralının sabiq spikeri, hazırki deputat Matvey Qerşeviç, Baykal Gölünün Qorunmasına Dəstək Fondunun rəhbəri Boris Danilov çıxış edərək Azərbaycan diasporunu bayram münasibətilə təbrik edib, onun ictimai fəaliyyətini yüksək qiymətləndiriblər.

Ulan Ude şəhər administrasiyasının sosial məsələlər və gənclər siyasəti üzrə komitəsinin sədr müavini Marqarita Mantatova şəhərin sosial həyatındakı fəallığına görə fərqlənmiş 6 nəfər soydaşımızı fəxri fərmanla təltif edib.
Tədbirdə ulu öndər Heydər Əliyevə həsr olunmuş “BAM onların qəlblərində” adlı sənədli filmi nümayiş etdirilib. Film SSRİ Nazirlər Kabinetinin sədr müavini vəzifəsində çalışmış Heydər Əliyevin Buryatiya Respublikasının ərazisinə düşən Baykal Amur magistralının tikintisindəki xidmətlərindən bəhs edir. Tədbir Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərovun ifası ilə davam edib.

DiasporNews

Check Also

Şirinov qardaşları Dövlət Komitəsində olublar

Ukraynanın Nikolayev şəhərinin Zayçevskoye kəndi yaxınlığında yanan avtomobildən bir ailəni xilas etmiş azərbaycanlı Umud və …

160*600