Home / Diaspor / Cənubi Koreyanın dövlət məmuru olan ilk azərbaycanlı gənc

Cənubi Koreyanın dövlət məmuru olan ilk azərbaycanlı gənc

Tarixdə ilk azərbaycanlı Cənubi Koreyada dövlət məmuru olub. Belə ki, azərbaycanlı gənc Nihat Xəlilzadə hazırda Seul İcra Hakimiyyətində Xarici Vətəndaşların Konsulluğunda vitse-prezident kimi fəaliyyət göstərir. Nihat Xəlilzadə “Palitra”ya bildirib ki, İcra Hakimiyyətində işi hökumətin xarici vətəndaşlarla bağlı çıxardığı qanunlarda problemləri aşkarlamaq və həmçinin xaricilərin Koreyadakı həyatında narahatçılığa səbəb olan qanunların hansı formaya salınması və ya ləğv olunması haqqında təklifləri irəli sürməkdir. 
Onu da deyək ki, Nihat Xəlilzadə, həmçinin Qanqnam Bələdiyyəsində Yoksam Qlobal Mərkəzinin direktoru vəzifəsində çalışır. O, deyib ki, Mərkəzdə xaricilərin yeni qanunlarla məlumatlandırılması, viza, vergi və s. barəsində konsultasiyası, xaricilərə pulsuz Koreya dili kursları, mədəniyyət proqramları və koreyalılara xarici mədəniyyətlərin təqdimatı və məlumatlandırılması, beynəlxalq seminar və festivalların təşkili üçün bütün servislər mövcuddur.
Qeyd edək ki, normalda Cənubi Koreyada xarici vətəndaşlar dövlət vəzifəsində çalışa bilməzdi. Son zamanlar xaricilərin dövlət işinə qarışmasına imkan verirlər.
Xatırladaq ki, Nihat Xəlilzadə 1992-ci ildə Masallıda anadan olub. 10 ilə yaxındır ki, Cənubi Koreyada yaşayır. O, Soongsil Universitetinin magistrdır.

Check Also

Azərbaycan diasporunda yenilik edən Qarabağ qazisi

Rafiq Əliyev: “İKT ilə bağlı istənilən dəstək və köməyi soydaşlarımıza edə bilərik” İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) diasporda …

160*600