Home / Diaspor / “China Daily” qəzeti Bakıdan yazdı

“China Daily” qəzeti Bakıdan yazdı

Çinin nüfuzlu “China Daily” qəzeti Azərbaycan paytaxtının müasir memarlıq nümunələri haqqında məqalə yayıb. Qəzetin təqdim etdiyi “Müasir Bakının memarlıq rəmzləri” adlı məqalədə qeyd olunur ki, Azərbaycan paytaxtı həmişə özünün memarlıq görkəmi ilə şöhrət qazanıb. Bildirilir ki, şəhərdə Qız qalası, Şirvanşahlar sarayı kimi tarixi memarlıq nümunələri ilə yanaşı, müasir dövrdə tikilən möhtəşəm binalar göz oxşayır.

Yazıda vurğulanır ki, ölkənin sürətli inkişafı ilə bərabər paytaxtın da görkəmi dəyişib, bir-birindən gözəl tikililər inşa edilib. Həmin binalar hazırda müasir Bakının memarlıq rəmzləri hesab olunur. Qəzet nümunə olaraq dünyaca məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa olunan Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı meydanı yaxınlığındakı “Crystal Hall, “Külək-alov” konsepsiyası əsasında tikilən “SOCAR Tower”, səthi tamamilə LED ekranlarla örtülən “Alov qüllələri”, Bakı Ağ Şəhər layihəsi, “Park Bulvar” ticarət mərkəzi, habelə inşası davam edən iri tikililər barədə məlumat verib.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600