Home / Diaspor / Diaspor rəhbəri Dövlət Komitəsinin sədri ilə görüşüb

Diaspor rəhbəri Dövlət Komitəsinin sədri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsində olan Azərbaycan-Kanada Dostluq Assosiasiyasının rəhbəri Esmira Əsədova Komitə rəhbərliyi ilə görüşüb. 

Komitədən DiasporNews-a verilən xəbərə görə, görüşdə Kanadadakı Azərbaycan icması, onların problemləri, diaspor təşkilatlarının fəaliyyəti geniş müzakirə edilib. Kanadada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, ölkəmizin daha yaxşı tanıdılması, Qarabağ həqiqətlərinin təbliği ilə bağlı gələcək planlar barədə ətraflı fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı təşkilat rəhbərinə öz tövsiyələrini verib.

Esmira Əsədova hələ 1990-cı illərdə Kanadada Azərbaycan diasporunun formalaşması istiqamətində görülən işlərdən, məhz onun təşəbbüsü və aparıcılığı ilə həmin illərdə Kanadanın ingilis və fransız dilli televiziyasında Azərbaycan dilində proqramların yayımlanmasından söhbət açıb. Daha sonra soydaşımız Diaspor TV-yə müsahibə verib.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600