Home / Diaspor / Diaspor sədri “Qızıl Ürək” medalı ilə təltif edilib

Diaspor sədri “Qızıl Ürək” medalı ilə təltif edilib

Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun düzgün formalaşması və hərtərəfli inkişafında, onların aktiv fəaliyyətlərində, Azərbaycan və Rusiya arasında mədəni, dostluq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında, Azərbaycanı xaricdə layiqincə təmsil və təbliğ etməsi, diaspor fəaliyyətində xüsusi xidmətləri nəzərə alınaraq Azərbaycanın Saxalin vilayəti üzrə regional bölməsinin diaspor rəhbəri, Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”)Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti Nazir Hətəmov “Dədə Qorqud” Milli Fondunun Ağsaqqallar Şurası tərəfindən “Qızıl Ürək” medalı ilə təltif olunub.

Bu yüksək mükafatı Nazir Hətəmova “Dədə Qorqud” Milli Fondunun rəhbəri və “Azərbaycan Dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov təqdim edib. Təqdim etmədə Rusiyada olan Azərbaycanlı deputatlar və Azərbaycandan olan deputatlar,diaspor rəhbərliyi və diasporlar iştirak ediblər.

Nazir Hətəmov bu Forumda yaradılan Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti seçilib.

DiasporNews

Check Also

Şirinov qardaşları Dövlət Komitəsində olublar

Ukraynanın Nikolayev şəhərinin Zayçevskoye kəndi yaxınlığında yanan avtomobildən bir ailəni xilas etmiş azərbaycanlı Umud və …

160*600