Home / Diaspor / Dövlət Komitəsində BMqT ilə əməkdaşlıq müzakirə edilib

Dövlət Komitəsində BMqT ilə əməkdaşlıq müzakirə edilib

Diasporla İş üzrə Dövlət Komitəsində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin İnsan alverinə qarşı mübarizə sahəsi üzrə Milli Fəaliyyət Planında iştirakı məsələsi müzakirə olunub.  Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov qonaqları salamlayaraq BMqT ilə əməkdaşlıq istiqamətləri barədə fikirlərini bildirib. BMqT-nin miqrantların müdafiə və dəstək sektorunun müdiri Mariya Nikolovska insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan dövləti ilə əməkdaşlıq haqqında qısa məlumat verib.

Bildirib ki, bu sahədə Azərbaycanın digər dövlət qurumları ilə yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsi də öz töhfəsini verə bilər. Xarici ölkələrdə insan alverinin qurbanına çevrilmiş azərbaycanlıların müəyyən edilməsi və qarşısının alınması işində Dövlət Komitəsi, eləcə də xaricdəki Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlığın səmərəli olacağı vurğulanıb.

Bu məqsədlə, Dövlət Komitəsi tərəfindən insan alveri məfhumu, insan alveri qurbanlarının müəyyən edilməsində və istiqamətləndirilməsində bacarıqların artırılması, diaspor təşkilatları və üzvləri arasında məlumatlandırma kampaniyalarının keçirilməsi təklifləri ilə bağlı fikir mübadiləsi aparılıb. Daha effektiv nəticələrə nail olunması üçün müvafiq dövlət qurumları və beyin mərkəzləri ilə əməkdaşlığın gücləndirməsinin vacibliyi vurğulanıb.

DiasporNews

Check Also

Növbəti “Diaspor dərsi” 178 saylı orta məktəbdə keçiriləcək

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin icrasına başlayıb. Azərbaycan …

160*600