Home / Diaspor / “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda konfrans keçiriləcək

“Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda konfrans keçiriləcək

Bu il 21-22 dekabr tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Tarix Qurumu, Türk Dünyası Gənclər Birliyinin dəstəyi ilə Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr edilən Beynəlxalq elmi konfrans keçiriləcəkdir.
DiasporNews xəbər verir ki, ənənəvi olaraq keçirilən “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfransda Azərbaycanın ərazi və əhali məsələləri, etno-siyasi, demoqrafik proseslər, Azərbaycan Xalq Cümhuriy¬yətinin yaranması və fəaliyyəti, AXC hökumətinin mədəni-maarif və təhsil siyasəti, müstəqilliyə gedən yol, azərbaycan¬çılıq ideologiyasına elmi-nəzəri baxış, Azərbaycan diasporunun fəaliyyəti və gələcək perspektivləri, Azərbaycan torpaqlarının işğalı və s. istiqamətlərdə məruzələrin dinlənilməsi nəzərdə tutulur. Konfransda iştirak etmək istəyənlər xülasələri [email protected] ünvanına göndərə bilərlər.
DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600