Home / Diaspor / “Euronews” VI Bakı Humanitar Forumu haqqında süjet yayımlayıb

“Euronews” VI Bakı Humanitar Forumu haqqında süjet yayımlayıb

Fransanın çoxdilli “Euronews” kanalı Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumun əhəmiyyəti haqqında süjet yayımlayıb. Süjetdə forumun başlıca mövzusunun innovasiyalar və inkişaf strategiyası olduğu vurğulanır.

İtaliyalı deputat Ettore Rozato bildirib ki, Avropa İttifaqı ənənəvi olaraq dövlətlərarası inteqrasiyaya misal göstərilir. Lakin bu gün Avropanın bəzi ölkələri özünütəcridə, başqaları ilə aralarında divar hörməyə cəhd edir. Avropa tələbə mübadiləsi proqramı qloballaşmaya töhfəsini verib. Forum iştirakçıları qloballaşmanın geri dönməyən proses olduğunu dilə gətiriblər. Forum çərçivəsində iştirakçılar süni intellekt məsələsini də geniş müzakirə ediblər.

Xatırladaq ki, oktyabrın 25-26-da paytaxtımızda VI Beynəlxalq Humanitar Forumu keçirilib. “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr oluna beynəlxalq forumda 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …