Home / Diaspor / Gürcüstanda azərbaycanlı gənclər imzatoplama kampaniyasına başladı

Gürcüstanda azərbaycanlı gənclər imzatoplama kampaniyasına başladı

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda gənclər imzatoplama kampaniyasına başlayıblar.

Məqsəd Marneuli rayon Mədəniyyət Evinə, Qızılhacılı kənd məktəbinə və bu kənddəki küçələrin birinə görkəmli ictimai-siyasi xadim, ədib, dramaturq Nəriman Nərimanovun adının bərpasına nail olmaqdır.

İyulun 13-də Marneulidə bir qrup fəal gənc və ictimaiyyət nümayəndəsi toplantı keçiriblər. Gorüşdə bildirilib ki, bir müddət əvvəl hec kimə məlumat verilmədən Marneulidəki Nərimanov adına Mədəniyyət Evinin, N.Nərimanov adına Qızılhacilı kənd orta məktəbinin və elə bu kənddə mövcud olmuş N.Nərimanov adına küçənin adları dəyişdirilib. Məktəbin və Mədəniyyət Evinin qarşısında görkəmli ədibin abidələri hələ də qalmaqdadır. Azərbaycanlıların təkidli tələbindən sonra məlumat verilib ki, Nəriman Nərimanov kommunist olub, ona görə də onun adı Mədəniyyət Evindən, orta məktəbdən və küçədən götürülüb. Azərbaycanlı gənclər Nəriman Nərimanovun Azərbaycan və gürcü xalqları qarşısında xidmətlərini dilə gətirib, Stalin, Kirov və S.Şaumyan kimi qatı millətçilərin adlarına bütöv kənd və digər tarixi abidələrin qorunduğunu deyiblər.

Məsələyə Gürcüstan parlamentini deputatı Ruslan Hacıyev də münasibət bildirib və gəncləri müdafiə edib.

Bildirilib ki, N.Nərimanov kimi görkəmli tarixi şəxsiyyətlərin adlarının yaddaşlardan bu cur silinməsi azərbaycanlılara qarşı mənəvi terrordur.(Report)

DiasporNews

Check Also

RAİ-dən kosmopolitlərə çağırış – “Milli düşüncəniz yoxdursa, millətin yolundan çəkilin”

“Xeyriyyəçi, ictimai xadim Fizuli Məmmədovun rəhbərliyi ilə başladılan diasporların birləşdirilməsi prosesini tənqid edənlərin bəziləri politoloq …

160*600