Home / Diaspor / Həmrəylik Günü Misirdə qeyd olunub

Həmrəylik Günü Misirdə qeyd olunub

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın Misirdəki səfirliyinin nümayəndələri və burada işləyən, təhsil alan azərbaycanlılar iştirak edib.

Tədbirdə çıxış edən Birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanla Misir arasında tarixi, mədəni və siyasi əlaqələrindən geniş söhbət açıb. Son illər Azərbaycan diaspor mərkəzində 600 dən çox misirli tələbəyə Azərbaycan dilinin tədris olunduğunu, onlara ölkəmizin mədəniyyəti, tarixi haqqında geniş bilgilərin verildiyini qeyd edib.

S.Nəsirov misirlilərlə ailəli olan azərbaycanlıların övladları ilə Azərbaycan dilində danışmağının önəmindən söhbət açaraq, onların övladlarına doğma ana dilimizi öyrətməkdə bütün imkanların olduğunu qeyd edib. O xüsusi olaraq vurğulayıb ki, gələn ildən etibarən diaspora mərkəzində uşaqlar üçün də Azərbaycan dili dərslərinin tədrisi nəzərdə tutulur.

S.Nəsirov qeyd etdi ki, artıq Qahirədə yerləşən Azərbaycan diaspor mərkəzi azərbaycanlıların doğma evinə çevrilib və orada soydaşlarımız arasında möhkəm əlaqələrin qurulması məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.

Qeyd edək ki, hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində, aralarında azərbaycanlılar da olmaqla dünyanın 17 ölkəsindən 180-dən çox tələbə ödənişsiz müxtəlif ixtisaslar üzrə təhsil alır.

DiasporNews

Check Also

“Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin icrasına başlanılıb

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin icrasına başlayıb. Azərbaycan …

160*600