Home / Diaspor / Humboldt Universitetində Azərbaycana dair kitabların təqdimatı olub

Humboldt Universitetində Azərbaycana dair kitabların təqdimatı olub

Humboldt Universiteti tərəfindən Azərbaycana dair bu il alman dilində çapdan buraxılmış bir neçə kitabın təqdimatı keçirilib. Universitetin əsas binasında təşkil olunan tədbirdə – “Azərbaycan Demokratik Respublikası sənədlərdə (1918-1920)”, “Qarabağın müsəlman elitası tarixi təlatümlər və modernləşmə içərisində (1840-1950)”, “Almanlar Cənubi Qafqazın multikulturoloji mühitində” və “Sərhədsizləşmə: Almanlar Vürttemberq ilə Qafqaz arasında vətən axtarışında” kitabları tədqiqatçı alimlərə, tələbə və doktorantlara, o cümlədən ictimaiyyəti nümayəndələrinə təqdim olunub.

Adları qeyd edilən kitabların hamısı Humboldt Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının əməkdaşları tərəfindən çapa hazırlanıb.

Tədbirin birinci hissəsində kafedranın müdiri, professor Eva-Maria Aux təqdim olunan kitablar haqqında geniş məlumat verib. Qeyd edib ki, bu yeni nəşrlər alman dilli ölkələrdə Azərbaycanla bağlı məlumatların artmasına, o cümlədən Alman-Azərbaycan münasibətləri tarixinin mühüm səhifələrinin geniş surətdə işıqlandırılmasına xidmət edəcəkdir.

Sonra qeyd olunan nasirlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusən də Azərbaycan Demokratik Respublikası, onun yaranmasının tarixi şəraiti və şərtləri ilə əlaqədar müzakirələr tədbir iştiraklıları arasında böyük marağa səbəb olub.

Tədbirdə kitabların həmmüəllifləridən biri olan həmyerlimiz, Humboldt Universitetinin dosenti Rasim Mirzəyev Azərbaycan Demokratik Respublikası haqqında bir sıra tarixi bilgiləri iştirakçılarla bölüşüb.

Sonda söz Bakıdan gələn qonaqlara – Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələrinə verilib. Agentliyin rəhbəri Seymur Fətəliyev maraqlı elmi nəşrlərə görə Humboldt Universitetinin əməkdaşlarına öz təşəkkürünü bildirdi.

AIDA-nın şöbə müdiri Eltay Aslanov Fondun beynəlxalq miqyasda fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

DiasporNews

Check Also

Şirinov qardaşları Dövlət Komitəsində olublar

Ukraynanın Nikolayev şəhərinin Zayçevskoye kəndi yaxınlığında yanan avtomobildən bir ailəni xilas etmiş azərbaycanlı Umud və …

160*600