Home / Diaspor / İçimizdə bir birimizə qarşı hədsiz qısqanclıq var

İçimizdə bir birimizə qarşı hədsiz qısqanclıq var

Niyə isə ermənilərdən çox biz özümüz bir birimizə zərbə vurmağı sevirik. İçimizdə bir birimizə qarşı hədsiz qısqançlıq var. Önə çıxan bir Azərbaycanlı olduqda ona dəstək olmaq yerinə bizlər niyə isə o insana qara yaxarak ermənisayağı əngəl olmağı seçirik. Anlaya bilmirik ki, heç bir şeyi rahatlıqla qazanılmır. Böyük uğurlar qazanaraq zirvələri fəth etmiş insanlar rahatlıqla qazanmır heç nəyi. Bir yerlərə gəlirkən insanlar böyük bədəllər ödəyir. Zirvələri fəth edərək millətimiz üçün bir şeylər edə bilmək məqsədi ilə önə çıxan insanlarımız ilə bağlı qara piar apararaq onlara qarşı mübarizə edənlər anlamalıdır ki, sadəcə onlarla deyil əslidə düşmənlərimizin dəyirmanına su tökərək bütün Azərbaycan xalqı ilə mübarizə aparırlar. Heç bir xeyriyə işi etməsələr belə böyük uğurlar qazanmış insanlarımız ile qürur duymalıyıq. Böyük xeyriyyə işləri ilə məşqul olan, iləri çıxıp xalqımıza dəstək olan insanlara qarşı qaralama kampaniyası ile məşqul olan insanlar bilməlidir ki, bu etdikləri birbaşa mensub olduğu millətə xəyanətdir. Türkiyədə fəaliyət gösdərən böyük xəyriyə işləri ilə məşqul olan Mübariz Mənsimovdan sonra Fizuli Məmmədovla bağlı bəzi düşman qüvvələri hərəkətə keçdiyini hamımız görürük açıqca. Bizlərin borcu o insanlarımıza sahip çıxmaqdır. Müəyyən insanlara maşa olan bu qaralama kampaniyasını aparan şəxslər bilməlidir ki, onlar birbaşa ermənilərə xidmət edir bu hereketleri ilə. Fizuli Məmmədova qarşı aparılan qaralama kanpanyasının başında təəssüf ki, Rusya diasporamızda son zamanlarda aktiv olan Fuad Abbasovu görmək bizləri çox üzdü. Fizuli Məmmədov kimi insanlarımız daha da ruhlandırılmalı və sahip çıxılaraq dəstəklənməlidir. Hər birimiz bilirik ki, Rusiyadakı ÜAK’nin (Ümumrusiya Azərbaycanlıları Konqresi) ləğvindən sonra ciddi bir boşluq yaranmışdı. Diasporamızın içindəki erməni tərəfdarları bu boşluqdan yararlanaraq aktiv olmaya başladılar. Diasporamızın təşkilatlanması üçün təşəbbüskarlıq göstərən xeyriyəçi iş adamıFizuli Məmmədovun 56 regiondan feal insanları bir araya gətirərək təşkilatlandırması və RAİ’nı qurması Rusya diasporamızda yaranmış olan bu boşluğu doldurmaq üçün uğurlu və hər birimizi sevindirən bir təşəbbüs oldu. Maraqlıdır Fuad Abbasov nədən qələminin gücünü bu qədər Azərbaycan əlehinə çalişanlara deyil də məhz bu cür uğurlu təşəbbüs ilə önə çıxmış Fizuli Məmmədovda sınamaq qərarına gəldi? Acaba Fizuli Məmmədovdan isdəyip də alamadığı birşeylər mi oldu? Fuad Abbasov yalnış yola girdiyini, en başda Rusyada yaşayan bu qədər ziyalılarımızın təpkisini çəkməyin yersiz və yalnış olduğunu ümid edirəm ki, inşallah qısa zamanda anlayacaq. Hər kəsin yalnışı, səhvləri ola bilər. Olqun insan yalnış etdikdə üzür istəməsini bilməlidir. Egonun hər zaman insanı uçuruma sürüklədiyini unutmamalıyıq. Fizuli Məmmədov bu gün ortaya çıxmış sıradan biri deyil, uzun illərdir ki, bizneslə yanaşı həm də ictimai işlərlə məşğul olur və şəxsi imkanları ilə çox sayda insana yardım edərək hər zaman xeyriyyəçi işləri ilə tanınan bir iş adamıdır. 2017-ci ilin, may ayında, Heydər Əliyevin doğum gününün 94-cü il dönümü münasibətilə, vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin 2017-ci ilin, fevralın 24-dən 25-nə keçən gecə düşmən hücumunu dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailəsinə ev bağışlamışdır. 2018-ci iin, yanvar ayında isə, kapitan Hikmət Məmmədov, müddətdən artıq hərbi qulluqçu Emin Əliyevə ev vermişdir. Fikrimcə bu cür xeyriyyəçi şəxsə qarşı qarayaxmadan imtina etmək lazımdır.Bu cür insanlarımıza qara ləkə yaxmaqla məşqul olanlar anlamalıdır ki, əslində o insanları deyil özlerini gözdən salırlar. Güc birlikdədir əziz həmvətənlər.Bir ola bilmədiyimiz yerdə heç olmasa bir-birimizə mane olmayaq. Bir-birimizin əleyhinə təbliğat aparmayaq. Axı bizim Vətənimiz bölük-bölük, torpaqlarımız işğal altında, qız-gəlinlərimiz düşmən elindədir…

Samir İsgəndər

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600