Home / Diaspor / İsrail vətəndaşları Azərbaycana çox böyük maraq göstərirlər

İsrail vətəndaşları Azərbaycana çox böyük maraq göstərirlər

“İsrail vətəndaşları Azərbaycana çox böyük maraq göstərirlər”.
DiasporNews Report-a istinadən xəbər verir ki, bu sözləri öz açıqlamasında “Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası”nın rəhbəri Lev Spivak deyib.”Əgər fevralda Bakı ilə Tel-Əviv arasında həftədə iki aviareys yerinə yetirilirdisə, indi bu uçuşların sayı 10-a qədər çatdırılıb. Təəssüf ki, İsraildə səyahət üçün məsləhət görülməyən ölkələrin siyahısı var və israillilər bunu nəzərə alırlar. Azərbaycan bu siyahıya 1992-ci ildə düşüb. İsrailin Azərbaycandakı səfirliyi bu məsələni həll etməyə çalışır. Biz də bu siyahını tərtib edən təşkilata müraciət edirik. Ümid edirəm ki, bu təşkilatın rəhbərləri özləri Azərbaycana turist kimi gələrlər və burada hər şeyin qaydasında olduğunu görərlər”, – o qeyd edib.

DiasporNews
Rəsul Məmmədov

Check Also

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət …