Home / Diaspor / İstanbulda Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi yolları müzakirə olunub

İstanbulda Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi yolları müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbulda işləyən və yaşayan bir qrup azərbaycanlı QHT rəhbəri, iş adamı və ziyalı ilə görüşüb.

Diaspornews  xəbər verir ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan diasporunun mövcud vəziyyəti barədə geniş məlumat verən Komitə sədri xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə bu sahədə işləri sürətləndirməyin vacibliyindən, qarşısında duran vəzifələrdən və Prezident İlham Əliyevin tapşırıqlarından danışıb.

Sonra QHT təmsilçilərinin fikir və təklifləri dinlənilib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan ziyalısı hansı ölkədə yaşayıb işləməsindən asılı olmayaraq ölkəmizin milli məsələlərinə diqqətlə yanaşmalı, Azərbaycanın ümumi işlərinin təbliğ olunmasında və tanıdılmasında, xalqımıza qarşı olan təxribatların qarşısının alınmasında fəal olmalıdır. Bu, hər şeydən öncə hamımızın vətəndaşlıq borcudur.

Görüşdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev də iştirak edib.

Diaspornews.az

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600