Home / Diaspor / İsveçrə portalında Azərbaycan haqqında məqalə

İsveçrə portalında Azərbaycan haqqında məqalə

İsveçrənin www.travel-blog.ch səyahət portalında “Qusar – Azərbaycanın şimal qapısı” adlı məqalə yer alıb.

Məqalədə Odlar Yurdu Azərbaycanın mədəni rəngarəngliyə malik olduğu, çoxsaylı etnik qrup və dillərin vətəni olduğu qeyd edilir. Bildirilir ki, ölkənin şimalında yerləşən füsunkar təbiətli Qusar regionu turistləri öz təbii gözəllikləri, bu ərazidə yaşayan insanların mədəniyyət və adət-ənənələri ilə cəlb edir. Ərazinin əlverişli coğrafi quruluşu burada istirahət mərkəzləri, turizm və səyahət məkanlarının yaradılmasına imkan verib.

Məqalədə vurğulanır ki, “Şahdağ” Yay-Qış Turizm Kompleksi həm yerli, həm də əcnəbi turistlərin sevimli istirahət məkanına çevrilib. Ölkənin ilk və ən böyük xizəksürmə mərkəzi dünya standartları səviyyəsində xidmətlər təklif edir. “Şahdağ” kompleksində qışla yanaşı, yayda da turistlər üçün kifayət qədər əyləncə və istirahət imkanları mövcuddur.

Məqalədə turizm kompleksində hər yaş qrupu üçün müxtəlif əyləncə, idman və istirahət imkanlarından ətraflı bəhs olunur, eyni zamanda, bu ərazinin əsrarəngiz və valehedici təbiəti, yerləşdiyi coğrafi ərazi, həmçinin regionda tikilmiş müasir otel, kottec və turist kəndlərinin qonaqların istirahəti üçün mükəmməl seçim olduğu vurğulanır.

Məqalədə bu ərazinin tarixi, əsas yaşayış məskənləri və tarixi-mədəni abidələri barədə məlumat verilir və dahi rus şairi Mixail Lermontovun sürgündə olarkən burada yaşaması və hazırda Qusarda şairin ev muzeyinin mövcud olduğu qeyd edilir. Vurğulanır ki, yerli əhalinin əsas məşğuliyyətləri sırasında xalça toxuculuğu da önəmli yer tutur və bu rayonun xalçaları və xüsusilə də sumaq xalçaları çox məşhurdur.

DiasporNews

Check Also

Növbəti “Diaspor dərsi” 72 saylı orta məktəbdə keçiriləcək

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin icrasına başlayıb. Azərbaycan …

160*600