Home / Diaspor / Kişinyovda Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

Kişinyovda Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

Kişinyovda “Qeyri ayrı-seçkilik müasir cəmiyyətlərin əsas dəyərlərindən biri kimi” mövzusunda beynəlxalq konfrans keçirilib. Ombudsman Aparatından DiasporNews-a bildirilib ki, konfrans Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrində milli səviyyədə ayrı-seçkilikdən müdafiə yollarını tapmaq, eləcə də bu mövzuda təcrübə mübadiləsi aparmaqdan ibarət olub.

Azərbaycan Respublikasının Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, əməkdaşları Faiq Ağayev və Zaur Vəliməmmədli həmin konfransda iştirak ediblər.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı konfransda “Azərbaycanda bərabərlik və ayrı-seçkiliyə məruz qalmamaq hüququnun təmin olunması və ombudsmanın bu sahədəki fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Aydın Səfixanlı çıxşında Azərbaycan Respublikasının çoxmillətli və çoxdinli bir ölkə olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması, dözümlülük prinsipləri və əməkdaşlıq əsasında müəyyənləşdirilib, ölkəmizdə tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib. Azərbaycanda multikulturalizm və tolerantlıq ölkənin həyat tərzinə çevrilib..

Dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun məkanı kimi tanınan, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn dövlət siyasətinin həyata keçirildiyi diqqətə çatdırılıb.

O, çıxışında ombudsmanın bərabərlik və ayrı-seçkiliyə məruz qalmamaq hüququnun təmin olunması sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verib.

Konfrans çərçivəsində müzakirə olunan mövzulara müvafiq olaraq Aparatın rəhbəri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının implementasiyası istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən islahatlar və bu Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının yerinə yetirən ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı danışıb.

Konfransda çıxış edən nümayəndələr və digər ekspertlər Azərbaycanda insanların ayrı-seçkiliyə məruz qalmaması ilə bağlı həyata keçirilən islahatları və Azərbaycan ombudsmanının bu istiqamətdə fəaliyyəti barədə məlumatları maraqla dinləyib müsbət qiymətləndiriblər.

DiasporNews

Check Also

İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə fəaliyyət göstərən Azİz təşkilatı 20 yanvar faciəsi ilə bağlı tədbir təşkil edib. Tədbirdə şəhidlərin …