Home / Diaspor / Londonda Azərbaycanın yeni turizm brendi təqdim olunacaq

Londonda Azərbaycanın yeni turizm brendi təqdim olunacaq

Azərbaycanın yeni turizm brendi Londonda təqdim olunacaq. Bu barədə Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə məlumat verib. K.Quluzadə qeyd edib ki, təqdimat ilk öncə Bakıda təşkil olunacaq.

“Oktyabr ayının 18-də Azərbaycanın yeni turizm brendinin təqdimatı baş tutacaq. Təqdim olunacaq yeni brend strateji yol xəritəsi əsasında qurulub”.

K.Quluzadə bildirib ki, Azərbaycan turizm brendi agentliyin sifarişi ilə dünyada bu istiqamətdə ixtisaslaşmış ən iri şirkətlərdən biri tərəfindən hazırlanıb:

“Brendin hazırlanması Dövlət Turizm Agentliyinin ilk vəzifələrindən biri idi. Oktyabr ayında ictimaiyyətə təqdim edildikdən sonra, noyabr ayında Azərbaycan turizm brendinin Londonda beynəlxalq turizm sərgisində təqdimatı olacaq”.

DiasporNews 

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600