Home / Diaspor / Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Ölkəmizin Misirdəki səfirliyində 18 oktyabr -Azərbaycanın Müstəqillik G ünü münasibətilə tədbir keçirilib. Tədbirdə Misirin ictimai-siyasi xadimləri, iş adamları, dostluq qrupunun üzvləri, kütləvi informasiya vasitələri və diaspora nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AR-ın Misirdəki səfiri Tural Rzayev bu il Azərbaycanda Respublikanın qurulmasının 100 illiyinin təntələli şəkildə qeyd edildiyini bildirib.

18 oktyabr 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyini vurğulayan səfir ölkəmizin çox çətin dövrlər yaşadığını və ağır sınaqlardan keçdiyini xatırladıb. Lakin 1993-cü ildə xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə köklü islahatların aparıldığını vurğulayan səfir müasir Azərbaycanın banisi Ulu öndərin yürütdüyü siyasət nəticəsində ölkəmizdə siyasi, ictimai sabitliyin qorunduğunu diqqətə çatdırıb.

Həmçinin, səfir son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dünya miqyasında tanındığını, dinamik inkişafın şahidi olduğunu, iqtisadiyyatının 3.2 faiz artdığını, qeyri-neft sektorlarının sürətlə inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın Cənubi Qafqazda həm iqtisadi, həm də hərbi cəhətdən lider ölkə olduğunu bildirib. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini çatdırıb.

Daha sonra səfir Misir və Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışıb.

Qeyd edək ki, 18 oktyabr müstəqillik günü tədbiri çərçivəsində AR-ın Misirdəki səfirliyinin üçüncü katibi Emil Rəhimovun ərəb dilində “Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublika” yazdığı kitabın təqdimatı keçirilib.

Təqdimatla bağlı “Vətənpərvər”-Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov, Misirin Helvan universitetinin doktoru Adil Dərviş, Misirin “Əl-Hivar: Siyasi araşdırmalar və Media” mərkəzinin müdiri doktor Əhmət Tahir, “20 yanvar” kitabının müəllifi tədqiqatçı, jurnalist Məhəmməd Sələmə “Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublika” adlı kitabın əhəmiyyəti və ərəb oxucularının marağına səbəb olduğunu bildirərək, kitab haqqında təəssüratlarını paylaşıblar.

Daha sonra kitabın müəllifi E.Rəhimov kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarova, XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinə (AİDA), AR-ın Misirdəki səfirinə təşəkkürünü bildirərək, Azərbaycanın son yüz ildə keçdiyi tarixi-siyasi mərhələlərə, kitabın əhatə etdiyi mövzulara toxunub.

Qeyd edək ki, tədbir çərçivəsində səfirlik tərəfindən çap olunmuş kitabların sərgisi təşkil edilmiş, müasir Azərbaycanın inkişafını əks etdirən video çərxlər nümayiş etdirilib.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600