Home / Diaspor / Misirdəki diaspor fəallarımız “Nil Mədəniyyət” televiziyasında

Misirdəki diaspor fəallarımız “Nil Mədəniyyət” televiziyasında

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin fəalları İnarə Osmanova, Səbinə Səmədova və Sandi Səlim Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalında “Mənim gecəm” proqramının qonağı olublar. Canlı yayımlanan verilişin əsas mövzusu “Azərbaycan qadını keçmişdən bu günə qədər” olub.

Verilişdə azərbaycanlı xanımlar milli mətbəximizin, nişan və toy adətlərimizin Azərbaycan xalqının mədəniyyətində mühüm yerlərdən birini tutduğunu vurğulayıblar. Diaspor fəalları milli geyimlərimizi nümayiş etdirərək xalqımızın geyim mədəniyyəti haqqında da söhbət açıblar. Azərbaycanda qadınların təhsilə böyük maraq göstərdiklərini qeyd edən diaspor fəalları Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrdən də danışıblar.

Verilişdə Azərbaycanın xalq mahnısı “Sarı gəlini”i ifa edilib, ölkəmizin müasir simasını əks etdirən videoçarx nümayiş olunub.

DiasporNews

Check Also

Qızılgüllərlə bəzədilmiş ən böyük hovuz Azərbaycanda!

Bugünə kimi yalnız əcnəbi filmlərdə görə biləcəyimiz səhnəni Azərbaycanda ilk dəfə “7gul.az” gül butiki reallaşdırıb. …

160*600