Home / Diaspor / Misirin təhsil nazirliyi azərbaycanlı diaspor rəhbərini təltif etdi

Misirin təhsil nazirliyi azərbaycanlı diaspor rəhbərini təltif etdi

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqaçı-alim Seymur Nəsirov Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Misir Təhsil Nazirliyinin mükafatı ilə təltif olunub.

Mükafatı Bakıda Misir Mədəniyyət Mərkəzinin direktoru Dr. Əhməd Sami təqdim edib.

Qeyd edək ki, Seymur Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir. O, dəfələrlə Misirin dövlət televiziya kanallarında Azərbaycana həsr olunan verilişlərdə çıxış edib.

DiasporNews

Check Also

RAİ-dən kosmopolitlərə çağırış – “Milli düşüncəniz yoxdursa, millətin yolundan çəkilin”

“Xeyriyyəçi, ictimai xadim Fizuli Məmmədovun rəhbərliyi ilə başladılan diasporların birləşdirilməsi prosesini tənqid edənlərin bəziləri politoloq …

160*600