Home / Diaspor / Mübariz Mənsimov gəmilərindən birinə xalq şairinin adın verdi

Mübariz Mənsimov gəmilərindən birinə xalq şairinin adın verdi

Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov şirkətinə məxsus gəmilərdən birinə mərhum xalq şairi Bəxtiyar Vahabzadənin adını verib.
DiasporNews xəbər verir ki, iş adamı bu barədə feysbuk səhifəsində yazıb: “Türk oğlu Bəxtiyar Vahabzadə ötən əsrin 60-cı illərindən başlayan milli-azadlıq hərəkatının öncüllərindən biri olub. Hətta “millətçi” damğasıyla universitetdən qovulan xalq şairimizdir.
O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirıb, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrunda ədalətli mübarizəsinə qoşulub. O, hər zaman milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətimin dərdlərini dilə gətirib. Bir ziyalı, bir aydın kimi vəzifəsini yerinə yetirib, heç zaman susmayıb. Hətta heç vaxt azərbaycanlı və millətçi olduğunu gizlətməyib.
Millətçi şairimiz tək Azərbaycanın və Türkiyənin deyil, bütün türk dünyasının və dünya türklərinin sevilən şairidir. Azərbaycan Türkiyə şeiri də buna misaldır:
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə.
Elə bu səbəbdən də böyük xalq şairimizin adını daşıyan bu nəhəngi yalnız Azərbaycan və Türkiyə sahilləri deyil, dünya sularında da tanısınlar deyə əbədiləşdirdim”.
DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600