Home / Diaspor / Murmanskda 20 Yanvar faciəsinin ildönümü qeyd olunacaq

Murmanskda 20 Yanvar faciəsinin ildönümü qeyd olunacaq

Murmanskda azərbaycanlı tələbələr, bu vilayətdəki “Azərbaycan” Milli-Mədəni Muxtariyyəti və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiriləcək.

Murmanskdakı “Azərbaycan” Milli-Mədəni Muxtariyyəti və RAGB-nin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov bildirib ki, tədbirlər çərçivəsində keçiriləcək şəhidlərin xatirəsini anım mərasimlərində onların ruhuna dualar oxunacaq, rəsm və foto sərgiləri təşkil ediləcək, filmlər nümayiş olunacaq.

Bununla yanaşı, yanvarın 20-də Ümumrusiya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Yanvar faciəsinə həsr olunan elmi-praktik konfrans keçiriləcək. Sənədli filmlərin və fotomaterialların nümayiş etdiriləcəyi tədbirdə Murmansk vilayəti İctimai Palatasının üzvləri, bələdiyyə və hökumət orqanlarının nümayəndələri, KİV, Murmanskda yaşayan digər ölkələrin və xalqların diaspor təşkilatları iştirak edəcəklər.

Diaspor fəalları, həmçinin Bakıda qanlı Yanvar hadisələri ilə bağlı Rusiya Federasiyasının Murmansk vilayəti Hökumətinin rəsmi saytında yerləşdiriləcək və bir sıra regional KİV-lərdə dərc olunacaq dünya parlamentarilərinə müraciət, mətbuat üçün açıqlamalar və məqalələr hazırlayıblar.

DiasporNews

Check Also

Şirinov qardaşları Dövlət Komitəsində olublar

Ukraynanın Nikolayev şəhərinin Zayçevskoye kəndi yaxınlığında yanan avtomobildən bir ailəni xilas etmiş azərbaycanlı Umud və …

160*600