Home / Diaspor / Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Malayziya Baş nazirinin qəbulunda

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Malayziya Baş nazirinin qəbulunda

Malayziyanın Baş naziri Mahathir Məhəmmədd Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldini qəbul edib.

Mərkəzdən DiasporNews-a bildirilib ki, qəbul zamanı Baş nazirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, VI Qlobal Bakı Forumu haqqında məlumat verilib.

Mərkəzin beynəlxalq əlaqələri, müxtəlif ölkələrdə keçirilən tədbirlər haqqında danışılıb. Qeyd olunub ki müasir dünyada qarşılıqlı dialoq, mədəniyyətlərarası yaxınlaşma olduqca mühüm əhəmiyyətə malikdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyanın müxtəlif regiolarında mövcud olan qlobal xarakterli problemlərin müzakirəyə çıxarılmasında mühüm rol oynadığı qeyd olunub. Bildirilib ki, mərkəz öz fəaliyyətində bu problemlərin həllinə töhfə verən ideya və təşəbbüslərin irəli sürülməsinə xüsusi önəm verir.

Qəbul zamanı Baş nazirə 2019-cu ildə keçirilməsi nəzərdə tutulan Qlobal Bakı Forumu haqqında da məlumat verilib. Malayziya Baş naziri foruma dəvət olunub.

DiasporNews

Check Also

RAİ-dən kosmopolitlərə çağırış – “Milli düşüncəniz yoxdursa, millətin yolundan çəkilin”

“Xeyriyyəçi, ictimai xadim Fizuli Məmmədovun rəhbərliyi ilə başladılan diasporların birləşdirilməsi prosesini tənqid edənlərin bəziləri politoloq …

160*600