Home / Diaspor / Növbəti “Diaspor dərsi” 178 saylı orta məktəbdə keçiriləcək

Növbəti “Diaspor dərsi” 178 saylı orta məktəbdə keçiriləcək

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə 3 ay (10.05.2019 – 10.08.2019) müddətində Bakı şəhərində reallaşacaq. 
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, layihənin məqsədi orta məktəb şagirdlərində diasporumuzun fəaliyyəti, lobbiçilik işi, azərbaycançılıq ideologiyası haqda şüur formalaşdırmaq, məktəbliləri yeniyetmə ikən Vətənin təbliği üçün ictimai fəaliyyətə yönləndirməkdir. Layihə çərçivəsində növbəti “Diaspor dərsi” Nərimanov rayonundakı 178 saylı orta məktəbdə keçiriləcək. Tədbirdə məktəblilərə Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, Azərbaycan diasporunun perspektiv fəaliyyəti haqda məlumat veriləcək.

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600