Home / Diaspor / Növbəti ixrac missiyası Almaniyaya gedib

Növbəti ixrac missiyası Almaniyaya gedib

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan ixrac missiyasının Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərinə ixrac missiyası təşkil olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən DiasporNews-a bildiriblər ki, ixrac missiyasına qida məhsulları, tekstil və mebel sənayesi sahəsində fəaliyyət göstərən 28 Azərbaycan şirkəti daxildir.

Missiya çərçivəsində Azərbaycan və alman iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, məhsullarımızın Almaniyaya ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq. İxrac missiyası noyabrın 27-30 tarixlərini əhatə edəcək.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600