Home / Diaspor / Nyu-Yorkda Xəzər Biznes Forumu keçirilib

Nyu-Yorkda Xəzər Biznes Forumu keçirilib

Nyu-Yorkun Harvard Klubunda Transxəzər ölkələrinin nümayəndələrinin, ABŞ-ın dövlət rəsmilərinin və işgüzar dairələrinin iştirakı ilə Xəzər Biznes Forumu keçirilib.
Xarici İşlər Nazirliyindən DiasporNews-a verilən məlumata görə, Xəzər Siyasət Mərkəzi, ABŞTicarət Palatası, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Əfqanıstanın bu ölkədəki səfirlikləri tərəfindən birgə təşkil edilmiş forumda Transxəzər regionunun iqtisadi inkişafının və sərmayə potensialının gücləndirilməsi üçün imkanlar, bölgədə həyata keçirilən irimiqyaslı layihələr və gələcək əməkdaşlıq perspektivləri, həmçinin ABŞ və iştirakçı ölkələr arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi və ABŞ şirkətləri ilə yeni tərəfdaşlıq imkanları müzakirə olunub.

Forumda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın regionda lider dövlət olduğunu, ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində indiyədək həyata keçirilmiş və hazırda reallaşdırılan enerji və nəqliyyat bağlantıları layihələrinin, xüsusilə dünyanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin bölgənin, həmçinin qitənin dayanıqlı inkişafına və iqtisadi yüksəlişinə əvəzsiz töhfə verdiyini qeyd edib. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı və biznes mühitinin stimullaşdırılması istiqamətində həyata keçirilən struktur islahatlar barədə məlumat verən E.Məmmədyarov biznes strukturlarını ölkəmizdəki mövcud imkanlardan fəal yararlanmağa dəvət edib.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdiyini vurğulayan nazir sözügedən işğalın regional təhlükəsizliyə və sabitliyə təhdid olmaqla tammiqyaslı regional əməkdaşlığa maneə törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən Xəzər Biznes Forumu 2016-cı ildən etibarən hər il ABŞ-da təşkil olunur.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600