Home / Diaspor / Parisdə azərbaycanlı xanəndənin yeni mahnısı işıq üzü görüb

Parisdə azərbaycanlı xanəndənin yeni mahnısı işıq üzü görüb

Fransanın paytaxtı Parisdə “Asadli Pro” studiyasıda azərbaycanlı xanəndə Sahib Əsədlinin yeni mahnısı işıq üzü görüb.

Muğam ustası S.Əsədlinin bəstələdiyi və ifa etdiyi və cazmen, bəstəkar və pianoçu, virtuoz kimi fəaliyyət göstərən oğlu Etibar Əsədlinin aranjiman etdiyi mahnı qadınlara həsr olunub.

“Türkün anası“ adlanan mahnı Azərbaycan xalq mahnıları və muğama məxsus həzin notlarla müşayiət olunur.

S.Əsədlinin ifa etdiyi əsərlər arasında ən çox maraqla qarşılananı Xocalı faciəsinə həsr etdiyi “613” adlı kompozisiya olub. Bu rəqəm Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən dinc əhalinin sayını göstərir. (Report)

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600