Home / Diaspor / Polşalı şagirdlər Azərbaycan nağıllarına illüstrasiyalar çəkiblər

Polşalı şagirdlər Azərbaycan nağıllarına illüstrasiyalar çəkiblər

Jurnalist Ekspert Mərkəzinin (JEM) dəstəyi ilə Polşa Respublikasının paytaxtı Varşava şəhərində Azərbaycan nağıllarına həsr olunan tədbir keçirilib.

169 nömrəli tam orta məktəbin kitabxanasında Maria Grykayanın rəhbərliyi ilə gerçəkləşən Beynəlxalq Nağıl Gününə həsr olunan tədbir çərçivəsində şagirdlərə Azərbaycan nağılları təqdim edilib.

Uşaq mahnılarının bəstəkarı və uşaq yazarı, pianoçu Katarzyna Kulikowska, rəssam-müəllim Gilan Əzizxanlı “Kəpənəyin nağılı”, “Tülkü və Hacıleylək” nağıllarını polyak və Azərbaycan dillərində səsləndiriblər. Təəssüratları əsasında nağıllara illüstrasiyalar çəkən polşalı şagirdlərə JEM-in diplomları verilib.

“Tülkü və Hacıleylək” nağılını Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin baş müəllimi Samirə Abdullayeva, “Kəpənəyin nağılı”nı Slavyan Universitetinin məzunu Səbinə Yunisova polyak dilinə çevirib.

DiasporNews

Check Also

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət …