Home / Diaspor / Qazaxıstanın kanalında Azərbaycandan süjet verilib

Qazaxıstanın kanalında Azərbaycandan süjet verilib

Qazaxıstanın “24.kz” televiziya kanalında Azərbaycanın qədim xalq sənəti olan təkəlduzdan bəhs edilib. Süjetdə Azərbaycanda geniş yayılmış qədim xalq sənəti növlərindən biri olan təkəlduzla əvvəllər kişilərin məşğul olduğu, indi isə bu sənəti qadınların davam etdirdiyi deyilir.

Dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmənin Azərbaycanda çox qədim tarixi olduğu haqda danışan müxbir sənətkarlar diyarı kimi məşhur olan qədim Şəkinin, həm də təkəlduz sənətinin vətəni hesab olunduğunu diqqətə çatdırıb. Bu sənətlə məşğul olanlar arasında Anna Alxazova Qazaxıstanda doğulub böyüsə də, Şəkiyə gəlin köçüb. Uşaqlıqdan tikiş işlərinə maraq göstərən Anna qayınanasından təkəlduz sənətini həvəslə öyrənib.

Süjetdə Nizami Gəncəvinin əsərlərinə çəkilən rəsmlərdən, buta, nar naxışlarından istifadə etdiyini deyən Anna Alxazova bu sənətin çox incə olduğunu bildirib. Təkəlduzçu dekorativ-tətbiqi sənət nümunələrinin Azərbaycanda və ölkə hüdudlarından kənarda keçirilən sərgilərdə dəfələrlə nümayiş olunduğunu və mükafatlara layiq görüldüyünü deyib. O, gələcəkdə Qazaxıstanda öz sərgisini keçirmək istəyini və bunun üçün yeni işlərindən ibarət kolleksiyasını hazırladığını söyləyib.

DiasporNews

Check Also

Qızılgüllərlə bəzədilmiş ən böyük hovuz Azərbaycanda!

Bugünə kimi yalnız əcnəbi filmlərdə görə biləcəyimiz səhnəni Azərbaycanda ilk dəfə “7gul.az” gül butiki reallaşdırıb. …

160*600