Home / Diaspor / Rodez şəhərində azərbaycanlı əsgərin xatirəsi yad edilib

Rodez şəhərində azərbaycanlı əsgərin xatirəsi yad edilib

Azərbaycan dövləti İkinci Dünya müharibəsində vətəndən uzaqda başqa millətlərin nümayəndələri ilə Fransanın azadlığı uğrunda çiyin-çiyinə vuruşaraq həlak olmuş azərbaycanlı döyüşçüləri unutmur, onların xatirəsini daima yad edir. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Aveyron departamentinin Rodez şəhərinin qəbiristanlığında dəfn olunmuş azərbaycanlı döyüşçülərin xatirəsini yad etmək üçün şəhər qəbiristanlığında olub.

Səfir İkinci Dünya müharibəsində ölkəmizin qələbənin əldə olunmasındakı rolundan, Fransa Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı əsgərlərdən danışıb.

Səfirliyimiz adından Fransanın azadlığı uğrunda döyüşmüş gənc əsgər Mişel Hüseynovun qəbri üzərinə əklil qoyularaq, İkinci Dünya müharibəsində həlak olan azərbaycanlı əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qəbiristanlıqda çox sayda naməlum əsgərin qəbri yerləşən məkanda Azərbaycan əsgərlərinin xatirəsinə abidə ucaldılıb. Abidənin üzərində “Fransa uğrunda həlak olan azərbaycanlı döyüşçülərin xatirəsinə” sözləri həkk edilib. Qeyd edək ki, yerli mətbuat və televiziya kanallarının jurnalistləri anım mərasimində olublar.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600