Home / Diaspor / Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri Bakıya gəlib

Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri Bakıya gəlib

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ölkəmizdə səfərdə olan Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri xanım Rozaliya İboyya ilə görüşüb.

DiasporNews xəbər verir ki, görüşdə parlamentlərarası əlaqələrin inkişafından danışılıb, beynəlxalq təşkilatlarda ölkələrimizin parlamentarilərinin əməkdaşlığının vacibliyi vurğulanıb.

Aqiyə Naxçıvanlı qonağa komitənin fəaliyyəti və parlamentdə qəbul olunan ailə qanunvericiliyi haqqında məlumat verib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Rumıniyanın Azərbaycanın haqq mövqeyini beynəlxalq tribunalardan dəstəkləməsinə çağırıb.

Xanım Rozaliya İboyya Azərbaycanda aparılan gender siyasətindən və bu sahədə qəbul edilən qanunlardan məmnun olduğunu bildirib. Qonaq Azərbaycanın maraqlarının təmin edilməsində ölkəsinin fəal olacağını söyləyib.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600