Home / Diaspor / Rusiyada 20 Yanvarla bağlı silsilə tədbirlər keçirilib

Rusiyada 20 Yanvarla bağlı silsilə tədbirlər keçirilib

Rusiyanın müxtəlif şəhərlərində 1990-cı ilin 20 yanvarında Bakıda baş vermiş faciəli hadisələrin 29-cu ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib. Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərində, Yekaterinburq, Yaroslavl, Perm, İstra, Çuvaşiya, Murmansk, Lipetsk, Ulyanovsk, Krasnodar, Pyatiqorsk, Həştərxan, Xantsi-Mansi, Tatarıstan, Krasnoyarsk, Amur, Vladivostok, Smolensk, Samara, Udmurtiya, Çelyabinsk, Ryazan və digər regionlarında keçirilən anım tədbirlərində 20 yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib, şəhidlərin ruhuna duallar oxunub.

Azərbaycanın diplomatik nümayəndəliklərinin, Rusiyanın Azərbaycan İcması, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, müxtəlif regionlarda fəaliyət göstərən Azərbaycan milli-mədəni muxtariyyətləri və digər Azərbaycan diaspor təşkilatlarının iştirakı ilə keçirilmiş konfrans, dəyirmi masa və seminarlarda çıxış edənlər 20 yanvar hadisələri ilə bağlı təəssüratlarını bölüşüb və bu hadisələrin Azərbaycan tarixinə faciə ilə yanaşı qəhrəmanlıq salnaməsi kimi həkk olunduğunu qeyd ediblər.

Anım tədbirlərində diplomatik korpusun nümayəndələri, soydaşlarımız, türkdilli xalqların diaspor nümayəndələri, eləcə də digər qonaqlar iştirak edib.

DiasporNews

Check Also

Azərbaycanın çay mədəniyyəti Yunanıstanda təqdim edilib

Azərbaycanda çay mədəniyyəti qonaqpərvərlik və dostluq rəmzi hesab olunur. Hər kəs bilir ki, ölkəmizdə istənilən …

160*600