Home / Diaspor / Sakit Məmmədova Rembrant qızıl medalı təqdim edilib

Sakit Məmmədova Rembrant qızıl medalı təqdim edilib

İtaliyanın Milan şəhərində keçirilən təntənəli tədbirdə Azərbaycanın Xalq rəssamı Sakit Məmmədova Hollandiyanın təsis etdiyi Rembrant qızıl medalı təqdim edilib. Mükafat İtaliyanin Genuye şəhərində dahi Nikola Paqaninin ev muzeyindəki ona məxsus skripkası saxlanılan otaqda təqdim olunub. Azərbaycanlı rəssam dünya incəsənətinin inkişafında xidmətlərinə görə bu mükafata layiq görülüb.

Xatırladaq ki, S.Məmmədov UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, “Vətən övladı” qızıl ordeninin, “Dədə Qorqud” mükafatının, Leonardo da Vinçi medalının, “Avropanın şərəfi” ordeninin, Rusiyanın nüfuzlu “Minilliyin adamı” mükafatının sahibi, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, akademiki, Vatikan Zadəgan Heraldika Akademiyasının qrafı, 2017-ci il Beynəlxalq Atatürk mükafatçısıdır.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600