Home / Diaspor / Soydaşlarımızın təsis etdiyi müsabiqənin qalibləri mükafatlandırılacaq

Soydaşlarımızın təsis etdiyi müsabiqənin qalibləri mükafatlandırılacaq

Noyabrın 17-də Nyu-Yorkun Karneqi zalında Beynəlxalq Gənc İstedadlar Musiqi Müsabiqəsinin (“Florida Keys”) qaliblərinin mükafatlandırma mərasimi və Qala konserti keçiriləcək. Konsert Floridanın Azərbaycan Amerika Mədəniyyətlərarası Assosiasiyasının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Amerika Mədəniyyətlərarası Assosiasiya tərəfindən təsis edilən Beynəlxalq Gənc İstedadlar Musiqi Müsabiqəsinin əsas məqsədi Azərbaycan musiqisini və zəngin mədəniyyətini vətəndən kənarda nümayiş və təbliğ etmək, eləcə də bütün dünyaya sevdirməkdir.

Müsabiqənin təsisçiləri Pərvin Muradova, Kay Lang, Vivian Fang Liu və Assosiyasının presidenti Töhvə Eminovadır.
Müxtəlif yaş qrupları üzrə Qala konsert və mükafatlandırma mərasimi yerli vaxtla saat 9.30 və 13.00-da keçiriləcək.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600