Home / Diaspor / Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib

Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin həyata keçirdiyi “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsi çərçivəsində Yasamal rayonundakı 13 saylı tam orta məktəbdə seminar keçirilib. Öncə 13 saylı məktəbin direktoru Yaqut Sadıqova çıxış edərəkDiaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.

Tədbirdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, layihənin məqsədi orta məktəb şagirdlərində diasporumuzun fəaliyyəti, lobbiçilik işi, azərbaycançılıq ideologiyası haqda şüur formalaşdırmaq, məktəbliləri yeniyetmə ikən Vətənin təbliği üçün ictimai fəaliyyətə yönləndirməkdir.

O, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi olduğunu deyib.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü və katibi Nərgiz Xələf qeyd edib ki, müasir dövrdə hər bir gəncimiz istər ölkə daxilində, istərsə də xaricdə ictimai fəallıq göstərib özünü təsdiq edə bilər. 

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin idarə  heyətinin üzvü, “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin eksperti Nigar Abdullayeva deyib ki, ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun formalaşması azərbaycançılıq ideyasına söykənir: “Bu ideyanın tətbiqi isə sırf elə azərbaycançılıq ideologiyası əsasında həyata keçirilib. Ümummilli lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görüb. Məhz Heydər Əliyevin səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı”.

Tədbirdə Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri olmuş gənc politoloq Elvin Babayev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin idarə heyətinin üzvü Siyavuş Əmirli çıxış edərək məktəblilərə Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının diasporumuzun həmrəyliyi üçün ideoloji bünövrə olmasından, xaricdəki soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında aktivliyindən danışıblar. Qeyd olunub ki, diasporumuz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirir.

Sonda məktəblilərin sualları cavablandırılıb.

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600