Home / Diaspor / Tanınmış amerikalı mikrobioloq Bakıya gəlib

Tanınmış amerikalı mikrobioloq Bakıya gəlib

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Çikaqo Dövlət Universitetinin professoru, tanınmış mikrobioloq Nadim Fazalla görüşüb.

Universitetin mətbuat xidmətindən DiasporNews-a verilən məlumata görə, ABŞ Dövlət Departamentinin Fulbright proqramı çərçivəsində ali təhsil ocağında elmi tədqiqat işlərini davam etdirən alim görüşdə apardığı araşdırmalar, təqdim etdiyi mübadilə proqramı, tələbələrlə apardığı iş haqqında ətraflı məlumat verib, proqram çərçivəsində nəzərdə tutulan tədbirlər barədə danışıb.

Rektor onun universitet daxilində gördüyü işləri yüksək qiymətləndirib, tələbələr üçün təşkil olunan maraqlı proqramlar üçün alimə təşəkkürünü bildirib. O, mikrobioloq-alimin apardığı dərslər sayəsində tələbələrin faydalı biliklərə yiyələndiklərini qeyd edib. Görüş zamanı Tibb Universitetində həyata keçirilən islahat və yeniliklər barədə də söhbət gedib.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov da iştirak edib.

DiasporNews

Check Also

Azərbaycanın çay mədəniyyəti Yunanıstanda təqdim edilib

Azərbaycanda çay mədəniyyəti qonaqpərvərlik və dostluq rəmzi hesab olunur. Hər kəs bilir ki, ölkəmizdə istənilən …

160*600