Home / Diaspor / Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə tədbirlər keçirib

Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə tədbirlər keçirib

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi Beynəlxalq Muzeylər Gunü ilə əlaqədar silsilə tədbirlər keçirib.

Diaspornews  xəbər verir ki, mayın 19-da muzeydə “Açıq qapı günü” və “Muzey gecəsi” adlı tədbirlər çərçivəsində Tbilisidəki 64 saylı tam orta məktəbdə fəaliyyət göstərən “Ceyran” rəqs qrupunun üzvləri, milli geyimli oğlanlar və qızlar milli rəqslərimizi və mahnılarımızı ifa ediblər.

Muzeyə gələnlər Azərbaycan mədəniyyəti, incəsənəti, xalq təsviri sənəti nümunələri ilə tanış olurlar. Qonaqlara əyləncəli proqram, aşıq və caz musiqisinin sintezi, müxtəlif idman yarışları nümayiş etdirilib.

Tədbir çərçivəsində Azərbaycan xalça nümunələrinin və milli geyimlərinin sərgisi də təşkil olunub.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva bildirib ki, əsas məqsəd milli mədəniyyətimizi, adət-ənənələrimizi təbliğ etmək, beynəlxalq ictimaiyyətə tanıtmaq, Azərbaycan və gürcü xalqları arasında mədəni əlaqələri daha da möhkəmləndirməkdir.

L.Əliyeva deyib: “Beynəlxalq Muzeylər Günü ilk dəfə 1997-ci ildə Almaniyada qeyd edilib. Artıq dünyanın bir çox ölkəsində muzeylər günü qeyd olunur. M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ICOM-un üzvü olaraq bu ənənəyə qoşulub və 2013-cü ildən bu cür tədbirlər keçirir. Artıq Gürcüstanın bölgələrindən də bizim muzeyə gəlir və tədbirlərimizdə iştirak edirlər. Bugünkü tədbirə paytaxt Tbilisi ilə yanaşı, Marneuli rayonundan da Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri qatılıblar”.

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600