Home / Diaspor / Trinidad və Tobaqo ilə əməkdaşlıq müzakirə olunub

Trinidad və Tobaqo ilə əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının iqamətgahı Brazilia şəhərində olan Trinidad və Tobaqo Respublikasındakı səfiri Elxan Poluxov bu ölkənin parlamentinin Senatorlar Palatasının prezidenti xanım Kristin Kanqalo ilə görüşüb.

Azərbaycanın Braziliyadakı səfirliyindən DiasporNews-a bildiriblər ki, görüşdə səfir Azərbaycan haqqında ətraflı məlumat verib, ölkələrimiz arasında əməkdaşlıq üçün mövcud potensialdan söhbət açıb. Diplomat, həmçinin müasir dövrdə parlament diplomatiyasının əhəmiyyətindən danışıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Xanım Kristin Kanqalo ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Tərəflər gələcəkdə hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsinə dair aparılan işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə səylərin artırılması barədə razılığa gəliblər.

Elxan Poluxov Trinidad və Tobaqo Respublikası parlamentinin Senatında xatirə kitabını imzalayıb.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …