Home / Diaspor / Turistləri aparan avtobus aşıb – 20 yaralı

Turistləri aparan avtobus aşıb – 20 yaralı

Gürcüstanın Kaxeti bölgəsində turistləri aparan avtobusun aşması nəticəsində yaralıların sayı 20 nəfərə çatıb.
Bu barədə jurnalistlərə Telavi bələdiyyəsi merinin müavini Aka Saçişvili məlumat verib. Bildirilib ki, yaralılar Telavidə iki xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta ağır qiymətləndirilir. Turistlərin əksəriyyəti Belarus vətəndaşlarıdır.

Qeyd edək ki, turistləri Kaxetiyə aparan “Suzuki” markalı avtobus Qambori aşırımında, Tetritsklebi kəndi yaxınlığında aşıb.Qəzanın səbəbləri araşdırılır.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600