Home / Diaspor / Türkdilli Dövlətlərin Həmrəylik Günü qeyd olunacaq

Türkdilli Dövlətlərin Həmrəylik Günü qeyd olunacaq

Ankarada Türkdilli Dövlətlərin Həmrəylik Günü münasibətilə oktyabrın 23-də rəsmi qəbul keçiriləcək.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən təşkil olunan (TDƏŞ) qəbula rəsmi şəxslər, TDƏŞ-ə üzv ölkələrin Türkiyədəki səfirləri, səfirliklərin kollektivi, Ankaradakı beynəlxalq təşkilatların rəhbərləri, paytaxt ictimaiyyətinin tanınmış simaları dəvət olunublar.

Qeyd edək ki, Türkdilli ölkələrin dövlət başçılarının 2010-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən IX zirvə görüşündə hər il bu tarixin Türkdilli Dövlətlərin Həmrəylik Günü kimi qeyd olunması qərara alınıb.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600