Home / Diaspor / Varşava Azərbaycanlıları Birliyi yaradılıb

Varşava Azərbaycanlıları Birliyi yaradılıb

Diaspornews ” xəbər verir ki, yeni diaspora təşkilatı Polşanın paytaxtı Varşava şəhərində uzun illər yaşamış gənclərin təşəbbüsü ilə təsis olunub.

Təşkilatın təsis konfransında Polşada yaşayan azərbaycanlıların birliyinin təmin olunması sahəsində yeni ideyalar irəli sürən gənclər yerli media vasitələri ilə yaxından əməkdaşlıq, yerli siyasətçilər ilə ünsiyyət və digər planlarını açıqlayıblar. Təsisçilər bildiriblər ki, son aylar Sahil Qasımovun rəhbərliyi ilə Avropa Azərbaycanlıları Konqresinin yeni vüsət almış aktiv fəaliyyəti fonunda Polşa azərbaycanlıları da bu hərəkata üzv olmaq niyyətindədir.

Sonda Rəsul Məmmədov Birliyin sədri, Fizzə Haqverdizadə birinci müavin, Məhərrəm Qarayev ikinci müavin və Kamil Babayev üçüncü müavin vəzifəsinə seçilib.

Rəsul Məmmədov bildirib ki, VAB-ın əsas məqsədi paytaxtda yaşayan azərbaycanlıları bir yerə toplamaqdır: “Səfir Həsən Həsənovun da qeyd etdiyi kimi, biz, əsasən, polyak dostlarımıza ölkəmiz haqqında məlumat versək, ölkəmizi daha çox tanıtmış olarıq”.

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600