Home / Diaspor / Vaşinqtonda Azərbaycanın Dövlət Müstəqilliyi bayramı keçirilib

Vaşinqtonda Azərbaycanın Dövlət Müstəqilliyi bayramı keçirilib

18 oktyabr tarixində Vaşinqtonda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə Azərbaycan icmasının iştirakı ilə bayram tədbiri keçirilib.

DiasporNews-a ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, səfirliyin dəstəyilə ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilmiş tədbirdə Azərbaycan icması ilə yanaşı, Vaşinqtonda yerləşən akademik qurumların və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirin açılışında Vaşinqtondakı Azərbaycan məktəbinin şagirdləri bütün iştirakçılarla bərabər Azərbaycan Dövlət Himnini ifa edib. Daha sonra ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru v.i.e. Natiq Baxışov qonaqları salamlayaraq hamını dövlət müstəqilliyimiz günü münasibətilə təbrik edib və çıxış üçün sözü Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanova verib.

Səfir çıxışında Azərbaycanın dövlət müstəqilliyinin hər bir soydaşımız üçün qürur mənbəyi olduğunu, ölkəmizin son 27 ildə böyük inkişaf yolu keçdiyini, Ümummilli lider Heydər Əliyev və hazırkı ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət nəticəsində dövlətçiliyimizin möhkəmləndiyini və nüfuzunun dünya miqyasında artdığını söyləyib. Yaşadığı məkandan asılı olmayaraq hər bir Azərbaycanlının ölkəmizin inkişafı üçün çalışdığını, milli amallar naminə bu səylərin daha da artırılmalı olduğunu qeyd edən səfir ABŞ-dakı Azərbaycan icmasını təbrik edərək icma quruculuğu işinə fəal töhfə verənlərə xüsusi təşəkkür edib.

Daha sonra bayram tədbirində Vaşinqtondakı Azərbaycan Məktəbinin şagirdləri tərəfindən şerlər oxunub, milli rəqslər göstərilmiş və pianoda musiqilər səsləndirilib. Bayramın yekununda qonaqlara milli mətbəximizin ləziz yemək və şirniyyat nümunələrindən ibarət ziyafət verilib.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü ilə əlaqədar bir neçə ABŞ Konqresinin üzvü də Azərbaycan tərəfinə təbrik ünvanlayıb.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600