Home / Diaspor / Xaricdə təhsil alan azərbaycanlı tələbələrin İtaliyada forumu olacaq

Xaricdə təhsil alan azərbaycanlı tələbələrin İtaliyada forumu olacaq

May ayının 18-də Roma şəhərində, Azərbaycan İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İtaliya, eyni zamanda Avropada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə forum həyata keçiriləcək.
Bu barədə məlumatı “Palitra”ya AİGA-nın həmsədri Emin Rüstəmov verib. 
Azərbaycanın İtaliyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarının nümayəndələrinin qatılacağı tədbirin əsas məqsədi, xaricdə təhsil alan azərbaycanlı gənclərin təhsillərini bitirdikdən sonra Azərbaycanda dövlət qurumlarında təmsil olunmaları və mövcud iş imkanları haqqında məlumat verməkdən ibarətdir. 
İtaliyada, eyni zamanda digər Avropa ölkələrində təhsil alan tələbələri bir araya gətirəcək forum bir gün davam edəcək. Tələbələrlə yanaşı, forumda Azərbaycandan bir çox dövlət qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600