Home / Hadisə / ABŞ-da azərbaycanlılar həbs edildi

ABŞ-da azərbaycanlılar həbs edildi

ABŞ hüquq-mühafizə orqanları avtomobil fırıldaqçılığı ilə məşğul olan cinayətkar qrupu müəyyən ediblər. Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, qrupun tərkibində Azərbaycan vətəndaşları da olub.  Qruplaşma 25 nəfərdən ibarət olub. Onlardan ikisi ukraynalı, ikisi latviyalı, dördü azərbaycanlı, yeddisi rusiyalı, beşi gürcüstanlı, üçü qazaxıstanlı, biri türkiyəli və biri isə amerikalı olub.

Bundan əvvəl, Miçiqan və Floridada dəstənin bir neçə üzvü, Nyu-Yorkda isə 11 üzvü saxlanılıb. İttihamlara görə, cinayətkar dəstənin üzvləri avtomobil almaq istəyən vətəndaşlardan pul alaraq, yoxa çıxıblar. Qurbanlar yalan elanlar vasitəsilə fırıldaqçıları özləri tapıblar. Cinayətkar qrup ABŞ vətəndaşlarından aldığı 4,5 milyon dollarla şirkət də açmağa nail olublar.

Dəstə üzvləri dələduzluq məqsədilə əlbir olmaqda ittiham olunurlar. Bu maddə ilə ABŞ qanunlarına görə onları 30 ilə qədər həbs cəzası verilə bilər.

DiasporNews

Check Also

21 uşaq münaqişə bölgələrindən Azərbaycana gətirilib

Valideynləri münaqişə ocaqlarında ölən və orada kimsəsiz qalan 21 uşaq Azərbaycana gətirilib. Bunu Dini Qurumlarla İş …

160*600