Home / Hadisə / Almaniyada yaşayan həmyerlilərimizin nəzərinə!

Almaniyada yaşayan həmyerlilərimizin nəzərinə!

Almaniyada polis olmaq üçün heç vaxt indiki qədər geniş imkanlar olmayıb. Bu il təkcə Şimali Reyn-Vestfaliya federal əyaləti bakalavr proqramı üzrə pulsuz təhsil üçün 2300 yer təklif edir. Buraxılışdan sonra gənc mütəxəssislər xidmətə başlayırlar. Gələcək polislərdən hansı keyfiyyətlər tələb olunur? Almaniya vətəndaşı olmayanlar ərizə verə bilərlərmi?

Polis məktəblərinə qəbul olunanların boyu ən azı 163 santimetr, yaşı ən çoxu 37 olmalıdır. Onlar orta təhsil haqqında attestat təqdim etməli, ingilis dilini azı B1 səviyyəsində bilməlidirlər. Almaniyanın, yaxud Avropa İttifaqı ölkələrindən birinin vətəndaşı olmaq polis təhsili almaq üçün əsas tələblərdən biridir.

İstisnalar da var: əgər konkret şəhərin və ya regionun polisində türk, ərəb, rus və s. dilləri bilən əməkdaşa ehtiyac varsa, Almaniya vətəndaşlığı olmadan da məktəbə qəbul edirlər. Şimali Reyn-Vestfaliyada belə imkan nəzəri cəhətdən mövcuddur, amma digər əyalətlərdə istisnalara nadir hallarda yol verilir. Bonn polisinə əməkdaşların qəbul edilməsinə məsuliyyət daşıyan Harald Şellhaze məsələyə aydınlıq gətirərək deyib: “Əgər seçim sizin xeyrinizə olsa, onda vətəndaşı olduğunuz ölkənin dövlət dilini bu dilin daşıyıcısı səviyyəsində bildiyinizi məhkəmənin andlı tərcüməçisinə sübut etməlisiniz”. Bundan əlavə, polis məktəbinə daxil olmaq istəyənin Almaniyada müddətsiz (Niederlassungserlaubnis) və ya müvəqqəti yaşamağa (Aufenthaltserlaubnis) icazəsi olmalıdır.

DiasporNews

Check Also

Ukraynada ailəni xilas edən azərbaycanlılara mükafat verildi – Fotolar

Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar …

160*600